
Müharibə nəticəsində Stepanakertdə 40 bina tamamilə məhv edilib. Bu barədə Stepanakert merinin birinci müavini Samvel Ğulyan qeyd etdi.
O bildirdi ki, hazırda Stepanakertdə müxtəlif obyektlərdə bərpa işləri davam edir.
“Müharibə zamanı Azərbaycan tərəfindən bombarmasına məruz qalan 10 saylı məktəb bərpa olunur”,- deyə Ğulyan bildirdi.
Stepanakertin icra hakimiyyət başçısının merinin müavini qeyd etdi ki, şəhərdə çoxməzilli binaların bərpası də hazırkı mərhələdə çox vacibdir.
O bildirdi ki, müharibədən sonra işğal altında olan ərazilərin sakinlərinin əksəriyyəti Stepanakertdə yaşamaq istəyir.
“Onlar hazırda otellərdə, evlərdə yaşayırlar. Mənzil fondu məsələsi həmişə aktual idi və aktual olaraq qalır. Hazırda çoxmənzilli binaların tikilməsi üçün addımlar atılır.
Hazırda binaların tikilməsinə başlanması üçün işlər aparılır. Mütəmadi olaraq yeni layihələr təqdim olunur, Memarlıq Şurası tərəfindən təsdiqləndikdən sonra bir gün əvvəl tikintiyə başlamaq üçün icazə alınır”,- deyə o vurğuladı.
Şəhər rəhbərliyi mövcud problemlərin vaxtında və düzgün həll edilməsi üçün əlindən gələni edir.