
Qarabağ müharibəsində əsir düşmüşlərin mübadiləsi başa çatdırmalıdır. Bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin jurnalistlərlə brifinqdə bəyan edib.
“Əsirlərin mübadiləsi işi, əlbəttə ki, sona çatdırmalıdır. Rusiya Federasiyası “hamıya hamı” prinsipinin həyata keçirilməsini dəstəkləyərək bu prosesdə fəal iştirak edir”,-deyə səfir qeyd etdi.
Bundan əvvəl Rusiya səfiri Sergey Kopirkin Rusiya rəhbərliyinin prioritetlərindən birinin Dağlıq Qarabağ müharibəsi səbəbiylə əsir düşmüşlərin geri qaytarılması olduğunu və məsələnin tez bir zamanda həll edilməsi üçün əlindən gələni edildiyini bildirmişdi.