Abovyan şəhəri yenidən Ermənistanın böyük sənaye mərkəzinə çevrilə bilər

“Ermənistanı inşa et” inkişaf proqramı çərçivəsində Abovyan şəhərində yeni müasir sənaye və yaşayış kompleksi inşa ediləcək.
Bu barədə ER İqtisadiyyat Nazirliyi məlumat verib.
ER iqtisadiyyat naziriVahan Kerobyan Abovyana səfəri ərzində “Hayprospekt” QSC direktoru Sevak Artsruni ilə sənəd imzaladı. Sevak
Artsruni bildirdi ki, proqramın həyata keçirilməsi üçün artıq təxminən 6 milyon ABŞ dolları ayrılıb. İlin sonuna qədər investisiya həcmini 30 milyon dollara çatdırmaq planlaşdırılır. Proqramın ümumi dəyəri 1 milyard ABŞ dollarına qədər ola bilər.
Layihənin həyata keçirilməsi çərçivəsində müxtəlif yüksək texnoloji müəssisələr, yaşayış kompleksləri, təhsil müəssisələri tikiləcək. Layihənin başlanğıcı üçün 70 ha ərazi əldə olunub.
Sənaye zonasının infrastrukturunun bu ilin sonuna qədər hazır olacağı gözlənilir. Artsrunun sözlərinə görə, layihə həyata keçirilməsinin ilk mərhələsindədir.
Qeyd edək ki, Abovyan şəhəri keçən əsrin 70-lərdə Ermənistanın paytaxtının sənaye-peyk şəhəri olaraq inşa edildi.
Layihənin müəllifləri sanəyə şəhərinin əvvəlki imkanlarını bərpa etmək niyyətindədirlər.