BaşlıcaSiyasət

ER İHM Azərbaycan tərəfinin faşist təzahürlərini faktlarla təqdim etdi

İnsan haqları pozuntularının, repressiyaların və vəhşiliklərin kökündə faşizm dayanır. Ermənistan Ombudsmanı Arman Tatoyan bu barədə özünün Facebook səhifəsində Azərbaycan tərəfinin açıqlamalarına istinad edərəkyazıb.

 “Azərbaycan hakimiyyəti davamlı şəkildə Artsax və Ermənistanda faşizmin təşviq olunduğunu bəyan edir. Doğrudanmı?

Əgər belədirsə, bu müharibədən sonra və silahlanmadan əvvəl silahlı qüvvələrinin Böyük Vətən müharibəsində faşizm və nasiszmə  qarşı qəhrəmancasına vuruşaraq qalib gələn erməni marşallarının və generallarının heykəllərini açıq şəkildə təhqir edərək onları ləkələdiklərini necə izah edəcəklər?” – deyərək Tatoyan yazıb.

.

O,faşizmə və nasizmə qarşı vuruşan erməni marşallarını və generallarını sadaladı. Bu siyahini təqdim edirik:

Marşal Hovannes Bağramyan – iki dəfə SSRİ qəhrəmanı, SSRİ Marşalı, Gandzakın Çardaxlu kəndində doğulub.

Marşal Hamazasp Babacanyan – SSRİ Qqəhrəmanı, Zirehli Qüvvələrin Baş marşalı, Gandzakın Çardaxlu kəndində doğulub.

Nelson Stepanyan, SSRİ-nin ikiqat qəhrəmanı, Leninqradın müdafiəçilərindən biri, pilot, Şuşidə doğulub.

Armenak Xanperiants (Sergey Xudyakov) SSRİ Aviasiya marşalı, Hadrutun Mets Tager kəndində doğulub.

Sergey Sardarov – SSRİ-nin aviasiya general-polkovniki, Şuşinin Azokh kəndində doğulub.

Hoganes İsakov – SSRİ Hərbi Dəniz Qüvvələrinin admiralı (Admiral), SSRİ qəhrəmanı, SSRİ Elmlər Akademiyasının fəxri üzvü, Qarsın Hacıkənd kəndində anadan olub.

Hovhannes (İvan) Tevosyan, müharibə illərində SSRİ Metalurgiya xalq komitəsi və daha sonra nazir, Sosialist Əməyi qəhrəmanı Şuşidə anadan olmuşdur. İvan Tevosyan SSRİ-nin bütün müdafiə müəssisələrini metal tədarükü ilə təmin edibdir.

Qeyd edək ki, bu günlərdə Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov MDB Xarici işlər nazirləri şurasının iclasında çıxış edərkən, Ermənistan paytaxtının mərkəzindəki Qaregin Njdehin abidəsinə istinad edərək, nasizmin MDB-də təbliğ edildiyini qeyd etmişdir.

Daha çox göstər
Back to top button