Başlıcaİctimaiyyət

Ermənistan Komandosla vidalaşdı

Komandos adlı qəhrəmana bu adı 1991-ci ildə Artsaxda tanış olduğu silahdaşı polkovnik Ara Muradyan verdi. Komandos olmaqdan əvvəl ona komandir, şef, şahmatçı deyilirdi.

Artsaxda kəndləri müdafiə etmək üçün dağlarda apardığı əməiyyatlara və düşmənə dəydiyi zərərə görə o, “Dağ tülküsü” ləqəbini qazandı.

Əfsanələr ölməzdir, Komandos da onların sıralarına qoşulmağa getdi”,-deyə sabiq Müdafi. naziri Seyran Ohanyan qeyd edib ki, Komandosun keçdiyi yol, vətənə olan bağlılığı, hərbi təhsildə parlaq bir nümunə olmalıdır

ER Müdafiə naziri Vağarşak Harutyunyan əfsanəvi komandiri 90-cı illərdən bəri tanıyır.

“Ən çətin anda, Qarabağ ordusu qurulduğunda, hərbi-siyasi vəziyyət çox çətin idi, Müdafiə Komitəsi onu Qarabağa göndərməyə qərar verdi. Ən çətin anında Qarabağa getdi və bir tərəfdən döyüşlərdə iştirak etməyə, digər tərəfdən ordu qurmağa başladı”,-Harutyunyan vurğuladı.

İllər sonra keçdiyi qəhrəmanlıq yolundan bəhs edən Arkadi Ter-Tadevosyan, hərbçiləri olmadan heç bir şey edə bilməyəcəyini, qələbəni onlarla qazandığını söyləmişdi.

“Mən xüsusi bir şey etmədim. Sovet hökuməti mənə döyüş sənətlərini öyrətdi və mən 1991-1992-ci illərdə bunu həmkarlarımla paylaşdım, çünki qələbə erməni genindədir”,-Komandoos qeyd etmişdi.

Keçən il əfsanəvi komandir İctimai Radionun qonağı oldu. Alisa Gevorgyan ona qəhrəmanların dinc şəraitdə tanına biləcəyini soruşdu. Komandos belə cavab vermişdi: “Onları tanımırıq, çünki qəhrəmanlar öz zamanını gözləyirlər”.

Əfsanəvi komandir Davitaşendəki ailəs qəbiristanlığında dəfn edildi. Bu, Komandosun istədiyi idi.

Daha çox göstər
Back to top button