Müharibə, sosial problemlər: Artsax Ombudsmanının hesabatı dərc edildi

Artsax Ombudsmanının ofisi, 2020-ci il fəaliyyəti, habelə insan hüquqları və azadlıqlarının qorunması vəziyyəti barədə illik hesabatı dərc etdi. Məlumat Artsax Ombudsmanı aparatından verilir.
Hesabatda qeyd olunur ki, 2020-ci ildə Ombudsman aparatı 481 nəfərdən bir sıra hüquqları ilə bağlı 377 müraciət qəbul etdi. Ancaq qeyd etmək lazımdır ki, müraciətlərin ümumi sayına hərbi əməliyyatlar zamanı daxil olan yüzlərlə müraciət daxil deyil, çünki vəziyyətin çətinliyi səbəbindən müvafiq statistiknın aparılması mümkün deyildi.
Müharibə dövründə və müharibədən sonra vətəndaşların müraciətləri hərbi qulluqçuların və mülki şəxslərin həyatı və sağlamlığı, itkin düşənlər barədə məlumat alma, mülki şəxslərin evakuasiyası, sosial təminat, məşğulluq və digər hüquqlar və məsələlərə aiddir.
İllik hesabatda 2020-ci il sentyabrın 27-də Azərbaycanın Artsax xalqına qarşı başlatdığı genişmiqyaslı təcavüz nəticəsində insan haqları pozuntularını sənədləşdirmək üçün Ombudsmanın fakt araşdırma missiyasının nəticələri və onların əsasında hazırlanmış hesabatlar ətraflı şəkildə təqdim olunur.
Ombudsman hesabatla səlahiyyətli orqanların diqqətini qanunvericilikdə və praktikada mövcud problemlərə cəlb etdi və bu məsələləri həll etmək üçün konkret təkliflər etdi.
Əlavə etmək lazımdır ki, Artsax Ombudsmanı qeyd olunan problemləri həll etmək üçün dövlət səlahiyyətli orqanları, eləcə də vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa hazır olduğunu vurğulayır.