
Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata baxmayaraq, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında Rusiya sülhməramlı kontingentinin mandatını hələ təsdiqləməyib/ ratifikasiya etməyib. Bunu “Henaket” analitik mərkəzinin rəhbəri, Artsax prezidentinin keçmiş müşaviri Tigran Abrahamyan deyib.
Eyni zamanda o vurğulayıb ki, buna baxmayaraq, Rusiya, sülhməramlı kontingenti üçün şəhərcik tikintisini başa çataraq Dağlıq Qarabağda yerini möhkəmləndirir.
“Onsuz da aydındır ki, Rusiya-Azərbaycan münasibətlərində Türkiyənin nəfəsi hiss olunur və hər şey Rusiya və Azərbaycan rəsmi dairələrinin tez-tez təqdim etməyə çalışdığı qədər mükəmməl deyildir.
Rusiya sülhməramlılarının məsuliyyət zonasında müxtəlif Azərbaycan təxribatları qeydə alınır: əsirlərinn geri qaytarılmasının təxirə salınması, Rusiya Federasiyasının Artsaxda müvəqqəti varlığı ilə bağlı Azərbaycandan birbaşa və ya dolayı bəyanatlar və “İsgəndər” ətrafında ziddiyyətli açıqlamalar”- deyə mütəxəssis qeyd edib.
Eyni zamanda, Abrahamyan hesab edir ki, ümumilikdə, 10 noyabr və 11 yanvar tarixlərində əldə edilmiş razılaşmaların çoxsaylı pozuntuları göstərir ki, Türkiyə və Azərbaycan üçüncü ölkələrin müdaxiləsi ilə həm bu prosesdə, həm bölgədə Rusiya faktorunu azaltmaq və türk gündəmini irəli sürmək üçün əllərindən gələni edirlər.