
Avropa Parlamentinin fransalı deputatı Fransua-Kzavie Belami Yerabluru ziyarət etdi. Bu barədə Fransanın ER-dakı fövqəladə və səlahiyyətli səfir Jonatan Lakot məlumat yayıb.
“Mən daima “Yerabluru” ziyarət edirəm. Bu dəfə Avropa Parlamentinin deputatı Frank Fransua-Kzavie Belami ilə getdik. Bu sonsuz qəbiristanlıqda Qarabağ müharibəsində həlak olan əsasən 18-19 yaşlarında olan əsgərlərin məzarlarıdır”,-deyə səfir Facebookda yazıb.
Lakotun sözlərinə görə, avropalı deputat məzarları görüncə deyib ki, “Avropa bunun bir müharibə olduğunu başa düşmək üçün bunu görməlidir”.