Ermənistanın MTX dövlətə xəyanət faktı üzrə cinayət işinin ilkin istintaqını yekunlaşdırıb

ER Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsində aparılan hərtərəfli və effektiv istintaq nəticəsində kifayət qədər faktiki məlumat əldə edilmişdir ki, Ermənistan Respublikası vətəndaşı dəfələrlə Türkiyəyə səfər edib, burada Azərbaycan kəşfiyyatı tərəfindən əməkdaşlığa cəlb edilib.
Daha sonra daimi yaşayış yerinə qayıdan Ermənistan Respublikası vətəndaşı, Türkiyədə yaşayan bir tanışı vasitəsilə mobil telefon nömrəsini xarici kəşfiyyat işçisinə ötürüb. Nəticədə, telefon danışıqları zamanı Ermənistan Respublikası vətəndaşı, adı çəkilən təşkilatın nümayəndəsindən, ödənişli şəkildə Ermənistan Respublikası və Artsax Respublikasının ərazi bütövlüyünə və xarici təhlükəsizliyinə qarşı cinayət işi ilə məşğul olmaq, silahlı qüvvələr və ya silahlar haqqında dövlət sirrini təşkil edən digər məlumatları əldə etmək və ya artıq əldə etdiyi məlumatları ötürməyə dair düşmənçilik fəaliyyəti ilə məşğul olan təşkilatın təklifini qəbul edib.
Bundan sonra, Ermənistan Respublikası vətəndaşı şəxsən və ya həyat yoldaşı vasitəsilə müntəzəm olaraq Azərbaycan kəşfiyyatına erməni ordusu, həri texnika haqqında dövlət sirri və hərbi sirr təşkil edən məlumatları ötürüb. Bunun üçün o, 1500 dollar alıb.
Bu vətəndaş təqsirləndirilən şəxs qismində cəlb edilib, ondan ölkəni tərk etməmək haqqında iltizam alınıb. Cinayət işi üzrə onun həyat yoldaşı da keçir – o, dövlətə xəyanətə əlbirlikdə ittiham olunur. Dindirmə zamanı onlar etiraf xarakterli ifadələr veriblər.
Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidməti, xarici ölkələrin digər xüsusi xidmət orqanlarının, habelə ayrı-ayrı şəxslərin kəşfiyyat fəaliyyətlərini aşkarlamaq, qarşısını almaq və pozmaq üçün güzəştsiz mübarizəni davam etdirəcəyini xəbərdar edir.