BaşlıcaİctimaiyyətSiyasət
Robert Koçaryan seçkilərdə partiyalar blokunun başçısı kimi iştirak edəcək

Ermənistanın İkinci Prezidenti Robert Koaçryan növbədənkənar parlament seçkilərində iştirak edəcək.
Bu barədə Robert Koçaryan Rusiyanın Birinci kanalının “Pozner” proqramının efirində bildirdi.
“Mən 10 il ölkəyə rəhbərlik etdim, lakin tərəfsizəm. Seçkilərdə Partiyalar blokunun başında iştirak edəcəm”,- deyə Robert Koçaryan qeyd etdi.
O bildirdi ki, çox güman ki, iki partiya olacaq. Robert Koçaryan bloka hansı partiyaların daxil olacağı barədə məlumat verməyib.
Xatırladaq ki, iyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək.