ArtsaxBaşlıcaİctimaiyyət

Rus sülhməramlılar əcnəbilərin Artsaxa girişinə icazə vermirlər

Rus sülhməramlıların nəzarəti altında olan Artsaxdakı ermənilərin sıx yaşadığı ərazilərə əcnəbi vətəndaşların, jurnalistlərin və humanitar təşkilatlar nümayəndələrinin girişinə icazə verilmir. İndi Artsaxın bu bölgələrinə daxil olmaq istəyən əcnəbilərin siyahısı əvvəlcədən rus sülhməramlılarına təqdim olunmalıdır.

Rusiyalı erməni jurnalist, 1aitv.ru saytının redaktoru Naira Bağdasaryan məsələ ilə bağlı Rusiya XİN-ə sorğu gündərib. Maria zaxarovayan ünvanlanmış sorğuda qeyd olunur:

“Artsaxda yerləşdirilmiş rus sülhməramlılar, Azərbaycanın mövqeyinə istinad edərək, əcnəbi vətəndaşların, təşkilat nümayəndələrinin Artsaxa girişinə icazə vermirlər. Onlar arasında bu gün Artsaxda böyük ehtiyacı olan xeyriyyə təşkilatları və həkimlər də vardır. Bu problemin həlli hansı mərhələdədir?”

RF XİN-in rəsmi nümayəndəsi Maria Zaxarova yazılı şəkildə məlumatlandırdı ki, Dağlıq Qarabağda qan tökülməsi cəmi bir neçə ay əvvəl dayandı. Ermənistan, Rusiya və Azərbaycan liderləri arasında 9 noyabr 2020-ci il tarixində münaqişə bölgəsindəki atəşkəs və döyüş əməliyyatları barədə əldə olunmuş razılaşma və 11 yanvarda Moskvadakı sammit bölgədəki vəziyyəti sabitləşdirmək üçün əsas yaradır.

“Təmas xətti boyunca və Laçın Dəhlizində yerləşən sülhməramlılar məsuliyyət daşıdıqları ərazidə təhlükəsizliyi təmin edirlər. Əlbəttə ki, bölgədə BMT və Beynəlxalq Qırmızı Xaç Komitəsinin humanitar işi zəruruidir. İşlərinin təhlükəsizliyini təmin etmək üçün beynəlxalq təşkilatların nümayəndələrinin sülhməramlı əməliyyatları sahəsinə girməsi üçün bir prosedur qurulmuşdur. Xüsusilə, Rusiya sülhməramlılarının əvvəlcədən bu cür səfərlər barədə lazımi şəkildə məlumatlandırılması nəzərdə tutulur. 9 noyabr bəyanatında tərəflərə bu barədə məlumat verildi. Buna görə sorğunuz əvvəlcə rəsmi Yerevana və Bakıya ünvanlanmalıdır”.

Artsaxa girməyə çalışan, lakin rus sülhməramlıları tərəfindən qadağan edilən insanlar arasında əvvəlcə rədd edilən, lakin bir müddət sonra əlavə müraciətlərdən sonra buna icazə verilən təşkilatlar və şəxslər də var.

Təxminən 60 xarici vətəndaş və təşkilat giriş icazəsi almadı. Onlar arasında beynəlxalq BBC News, France 24, Agence France-Presse (AFP) xəbər agentliklərinin jurnalistləri, M6 French TV-nin jurnalistləri və operatoru, Aznavur Vəqfinin könüllüsü və beynəlxalq humanitar Halo Trust vardır.

Daha çox göstər
Back to top button