İctimaiyyətSiyasət

SOCAR Gürcüstana 150 mln kubmetr qaz nəql edəcək

Rusiyanın “Qazprom Eksport” şirkəti ilə sazişə əsasən, Azərbaycanın SOCAR şirkəti Gürcüstana 150 milyon kubmetr Rusiya qazı nəql edəcək.
Bu barədə SOCAR-ın nümayəndəsi İbrahim Əhmədov “Riya Novosti”yə bildirib.

Qeyd olunur ki, təmir işləri təxminən üç həftə davam olunacaq. Təmir işləri başa çatdıqdan sonra qaz nəqli yenidən Rusiya və Gürcüstan sərhədi ilə aparılacaq.“Saziş ilə 150 milyon kubmetr qazın nəql ediləcəyi nəzərdə tutulur”,- deyə Əhmədov qeyd etdi.

Daha əvvəl məlum oldu ki, SOCAR Rusiya qazının Azərbaycan üzərindən Gürcüstana nəqlinə icazə verdiyi məlum olub. Qeyd olunub ki, Rusiya qazı Gürcüstandan Ermənistana nəql ediləcək.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button