Başlıcaİctimaiyyət
Üçüncü koronavirus dalğası ilə qarşılaşdıq: Nazir

Səhiyyə Nazirliyində nazir Anahit Avanesyanla görüşdə koronavirus səbəbində yaranmış vəziyyət müzakirə olundu. Görüş iştirakçıları peyvəndlərlə bağlı məsələləri müzakirə etdilər, təkliflər verdilər və mümkün həll yolları barədə fikir mübadiləsi apardılar.
ER Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzinin baş direktorunun müavini Gayane Sahakyan peyvəndlər barədə hesabatın çərçivəsində atılacaq addımları təqdim etdi.
“Üçüncü dalğa ilə qarşılaşdığımız üçün peyvənd prosesinə ən qısa müddətdə başlamamız prioritet məsələlərdəndir. Bu səbəbdən tibb müəssisələri peyvəndlə bağlı tam və etibarlı məlumatları ictimaiyyətə çatdırmalıdırlar”,-deyə Anahit Avanesyan qeyd etdi.