BaşlıcaBeynəlxalq

“Assadakah” mərkəzi italyalı senatorun Azərbaycanyönlü təşəbbüsünü pisləyib

“Assadakah” italya-ərəb mərkəzi İtalya Senatının üzvü Uania Papateunun Azərbaycanyönlü biabırçı təşəbbüsünü və Azərbaycana edilmiş səfəri pisləyib.

Tarixdən xəbərsiz Azərbaycanın maraqlarını müdafiə edən Papateu, Bakıdan qayıtdıqdan sonra Ermənistana müraciət edərək, Azərbaycan tərəfinə Artsaxdakı Azərbaycanın nəzarətinə keçən minalanmış ərazilərin xəritələrini təqdim etməyə çağırdı.

Mərkəz bu şəkildə Cənubi Qafqaz bölgəsindəki vəziyyətin tamamilə nəzərə alınmadığını vurğulayaraq hadisəni “son dərəcə narahatedici” adlandırdı. “Papateu əvvəlcə bilməlidir ki, məhz azərbaycanlılar həmişə sülhsevər erməni xalqına hücum etmişlər, insan haqlarını pozmuşlar, son müharibə zamanı mülki insanlar da daxil olmaqla erməniləri öldürmək üçün qadağan olunmuş bombalar və ağ fosfor kimi silahlardan istifadə etmişdilər”,-bəynatda deyilir.

Mərkəz rəsmi Bakının hələ də erməni əsirlərini təhvil verməkdən imtina etdiyini, erməni tarixi irsinin bir hissəsi olan abidələri məhv etdiyini xatırlatdı.

Mərkəz italyalı millət vəkilini Azərbaycanı və dolayısı ilə Türkiyəni dəstəkləməyin nə qədər təhlükəli olduğunu anlamaq üçün tarixi araşdırmağa, eləcə də Ermənistanla İtaliya arasındakı sıx əlaqələri düzgün qiymətləndirməyə çağırır.

Daha çox göstər
Back to top button