Başlıcaİctimaiyyət

Azərbaycanda COVİD-19-a yoluxanların sayı kəskin artıb

Azərbaycanda COVİD-19-a yoluxan şəxslərin sayı kəskin artıb. Son sutka ərzində koronavirus infeksiyasının yoluxma ilə bağlı 2595 yeni hal aşkar edilib, halbuki bir gün öncə bu göstərici 2035 idi.

1 073 nəfər COVİD-19-dan müalicə olunub, 37 nəfər ölüb. Bu barədə aprelin 7-də Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verib.

Yoluxanların ümumi sayı 276 464 nəfərdir, onlardan 244 540 nəfəri müalicə olunub, 3 780 nəfər ölüb, 28 144 aktiv xəstənin müalicəsi davam edir. Son sutka ərzində 14 593 COVİD-19 testi keçirilib.

Daha çox göstər
Back to top button