
Rusiya ilə əlaqələrin inkişafı Ermənistan hökumətinin prioritetlərindən biri olub və olacaqdır. Bunu ER Baş naziri Nikol Paşinyan Ria Novostiyə müsahibəsində deyib.
“Rusiya ilə münasibətlərə gəlincə, bunlar Ermənistan hökumətinin prioritetlərindən biri olub və olacaqdır. Əminəm ki, bundan sonra da bütün sahələrdə Ermənistan-Rusiya müttəfiqlik münasibətləri xalqlarımız arasındakı qarşılıqlı etimad və çoxəsrlik dostluq əlaqələri əsasında inkişaf edəcəkdir “,-deyə Paşinyan vurğulayıb.