
Apreli 6-da ER Silahlı Qüvvələri Baş Qərargah rəisi, general-leytenant Artak Davtyan, ER-nın şərq istiqamətində yerləşən hərbi hissələrdə olub, şəxsi heyətin hazırlıq səviyyəsini yoxlayıb.
Silahlı Qüvvələrin Baş Qərargah rəisi, həmçinin 2-ci hərbi hissəyə tabe olan N saylı hərbi hissənin mühafizə zonasının hərbi bazalarına baş çəkib, sərhədin həmin hissəsindəki əməliyyat vəziyyəti, döyüş növbətçiliyi şərtləri ilə, ön xəttdə mühəndislik və möhkəmləndirmə işləri ilə tanış olub.
General-leytenant Artak Davtyan bölmə komandirlərinə şəxsi heyətin fiziki, döyüş və mənəvi-psixoloji hazırlıq səviyyəsini daha da artırmağı tapşırıb.