BaşlıcaSiyasət

Paşinyanın “İnterfaksa” cavabı: “Türkiyə bölgədə sülh üçün nə etməlidir?”

Ankara Yerevana qarşı təcavüzkar siyasətini dəyişdirməlidir. Bu haqda “İnterfaks”-a müsahibəsində ER Baş naziri Nikol Paşinyan bəyan edib.

Paşinyan, Ermənistan-Türkiyə sərhədinin rəsmi Ankara tərəfindən hələ 1993-cü ildə birtərəfli şəkildə bağlandığını xatırlatdı.

“Ermənistan hər zaman Türkiyə ilə münasibətlərin şərtləndirilmədən normallaşması tərəfdarı olub, ancaq bunu məhz Türkiyə özü imtina edib” –deyərək Paşinyan  qeyd edib.

ER Baş Naziri, Ankaranın düşmənçilik siyasətinin 2020-ci ilin sentyabr-noyabr aylarında Dağlıq Qarabağda döyüş əməliyyatları zamanı yeni bir təkan aldığını vurğuladı.

“Xüsusilə Türkiyə Azərbaycana  bir başa hərbi siyasi və hərbi texniki yardım göstərib.Yadelli yaraqlı  döyüşçüləri Qarabağ münaqişəsi zonasına yeridib.

Həmin kontekstdə Türkiyə bölgədə davamlı sülhü və iqtisadi imicini bərpa etmək naminə Ermənistana qarşı bu təcavüzkar siyasətini dəyişdirməlidir” – deyərək Paşinyan qeyd edib.

Daha çox göstər
Back to top button