
Syunikdə təhlükəsizlik zona olmalıdır. Bu barədə ER Ombudsmanı Arman Tatoyan Davit Bek-Şurnux kəndləri arasında baş vermiş hadisəyə toxunaraq qeyd etdi.
Kapan-Yerevan dövlət magistral yolunun Davit Bek-Şurnux kəndləri hissəsində yerləşən Azərbaycan hərbçiləri Ermənistan nömrəli mülki avtomobilə daş atdılar.
Arman Tatoyan bildirdi ki, ER Ombudsman Aparatı hadisədən dərhal sonra bu hadisəni araşdırmaöa başlayıb.
“Bu işlər nəticəsində sübut olunub ki, bu məhz bu yolda azərbaycanlı hərbçilər var. Hadisə ilə bağlı məlumatı Kapanın icra hakimiyyət başçısı təsdiqlədi. O qeyd etdi ki, avtomobil Ermənistan nömrəli mülki avtomobil idi”,-deyə Arman Tatoyan yazdı.
ER Ombudsmanı qeyd etdi ki, baş verən hadisə bir daha göstərir ki, Ermənistan Respublikası vətəndaşlarının Konstitusiyada təsbit edilmiş beynəlxalq səviyyədə tanınmış hüquqları üçün real təhlükə var.
Bu hadisə ER Ombudsmanın Ermənistan vətəndaşlarının hüquqlarını təmin etmək üçün Syunikdə təhlükəsizlik zonası olmasında dair mövqeyini bir daha əsaslandırır.
Syunik vilayətinin kəndləri yaxınlığında və kəndlər arasındakı yollarda azərbaycanlı hərbçilər, bayraqlar olmamalıdır.