ABŞ COVID-19-a qarşı vaksinasiya prosesini dəstəkləmək üçün Ermənistana 1 milyon dollar verirb

ABŞ ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə COVID-19 xəstəliyinə qarşı vaksinasiya prosesini dəstəkləmək üçün Ermənistana 1 milyon dollar verib.
Bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyi bildirdi.
Bu günə qədər USAID koronavirusla ilə mübarizə aparmaq üçün Ermənistana cəmi 11 milyon dollardan çox maliyyə yardım göstərib.
USAID bu vəsaiti Ermənistanda COVID-19 peyvəndinin səmərəli tətbiqinə dəstək olmaq üçün UNICEF-ə ayırır.
ABŞ-nın Ermənsitandaki səfiri Lin Treysi qeyd etdi ki, “epidemiya boyunca ABŞ COVID-19-a qarşı mübarizədə Ermənistanla birlikdə çalışdı. Bu yeni yardım sayəsində COVID-19 virusun qarşısını almaq və gələcəkdə səhiyyə təhdidlərinə hazırlaşmaq üçün birlikdə çalışmağa davam edəcəyik”.
Koronavirusun yayılmasından bəri, Amerika COVID-19-a qarşı mübarizədə Ermənistanla sıx əməkdaşlıq etmişdir.
Amerika Birləşmiş Ştatları beynəlxalq və COVID-19 ilə mübarizədə humanitar yardımda qlobal liderliyini təmin etməyə davam edir.
Bütün bunlar 2001-ci ildən bəri ABŞ hökumətinin qlobal sağlamlıq proqramlarına və yerli səhiyyə sistemlərinin potensialının artırılmasına verilən 140 milyard dollardan çox köməyinə əsaslanır.