BaşlıcaSiyasət

Artsaxla bağlı Azərbaycanın yeni militarist və təcavüzkar bəyanatları

Ermənistan Respublikasının Baş Naziri, Rusiya Federasiyasının Prezidenti və Azərbaycan Prezidenti tərəfindən 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli atəşkəs bəyanatından sonra İlham Əliyev öz təcavüzkar açıqlamaları ilə ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinə və xüsusilə də Rusiyaya hörmətsizlik nümayiş etdirməyə davam edir

Azərbaycanın Syuniki (Ermənistanın bir bölgəsi) işğal etmək üçün yeni hərbi əməliyyatlara hazırlaşdığını göstərən bir sıra əlamətlər mövcuddur.

Martın 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda videoformatda çıxış edib. O qeyd edib ki, Zangezurdan (Syunik) keçəcək və Azərbaycan ilə Naxçıvan Muxtar Respublikasını və Türkiyəni birləşdirəcək yeni bağlantı dəhlizi regionda nəqliyyat sektorunda yeni imkanlar yaradacaq.

ER XİN mətbuat katibi Anna Nağdalyan cavab olaraq bildirib ki, Qarabağla bağlı üçtərəfli bəyanatda Zangezur dəhlizi barədə söz yoxdur.

Yeni Azərbaycan Partiyasının VII qurultayında İlham Əliyev bildirib ki, Ermənistan Zangezur dəhlizinin icrasına əngəl törətmək istəyir, “amma nail ola bilməyəcək, məcbur edəcəyik”.

Artsaxın ərazisində guya bəzi erməni silahlı birləşmələrin olması barədə yayılmış yalan şayiələrə istinad edərək Bakıda antiterror əməliyyatları keçirməyə qərar verdilər.Bundan əlavə, fevralın 1-dən 12-dək Türkiyə və Azərbaycan Ermənistan sərhədləri yaxınlığında “Qış-2021” genişmiqyaslı təlimləri keçirdi.

Problem ondadır ki, bütün bunlar üçtərəfli atəşkəs bəyanatından sonra süni gərginlik yaratmaqdan və zəmin hazırlamaqdan ibarətdir ki, Azərbaycan tərəfindən hərbi əməliyyatlar bərpa ediləcəyi təqdirdə günah Ermənistana atılsın.

Bütün bunlardan sonra İlham Əliyev Rusiya Azərbaycanla sərhəd yaxınlığında sülhməramlı qüvvələrinin varlığını gücləndirməyi dayandırmasa, Qarabağdakı barışığa dair üçtərəfli bəyanatdan çıxmaqla hədələyir.

Daha çox göstər
Back to top button