Beynəlxalqİctimaiyyət
Azərbaycan vətəndaşı Almaniyadan ekstradisiya edildi

Sənədlərin saxtalaşdırılmasında ittiham olunan Azərbaycan vətəndaşı Almaniyadan eskradisiya edilib. “Haqqin.az” xəbər verir ki, bu barədə Azərbaycan Ədliyyə nazirliyi məlumat verib.
Azərbaycanlının sənədləri saxtalaşdıraraq Almaniyada siyasi sığınacaq almaq istədiyi bildirilir.
Ədliyyə nazirliyi Mətbuat xidmətindən bildirilib ki, 2020-ci ildə beynəlxalq axtarışda olan və oğurluğu, dələduzluq və rəsmi sənədlərin saxtalaşdırılması kimi cinayət əməllərində təqsirləndirilən şəxslər Almaniya, Bosniya və Herseqovina, Türkiyə, Əlcəzair və s. dövlətlərdən Azərbaycana ekstradisiya edilib.