
Ukraynanın Xerson şəhərində keçirilmiş beynəlxalq boks turnirində altı azərbaycanlı idmançı rinqə çıxmadı və texniki məğlubiyyət aldı.
ER-nın Milli Boks Federasiyasının mətbuat katibi Aram Manukyan “Sputnik Armeniya”ya bildirib ki, azərbaycanlılar bütün komanda ilə turnirə yola düşsələr də, Xersona çatmayıblar. Manukyana görə, səbəb Azərbaycan komandasındakı koronavirus infeksiyası hallarıdır.