
ER Baş naziri Nikol Paşinyan aprelin 7-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşərkən erməni hərbi əsirlər msələsinə toxunub noyabrın 9-da imzalanan bəyanatın bu nöqtəsini “hələ həll olunmamış” hesab edib.
“Azərbaycanda hərbi əsirlərin, girovların və digər saxlanılanların problemi hələ də həll olunmayıb.
Noyabrın 9-da edilən bəyanata əsasən,onların hamısı gərək vətənə qayıdaydı, amma təəssüflər olun ki, Azərbaycanda hələ də saxlanılan adamlarımız var. Bu problemin həlli ilə bağlı bizim fikir ayrılığımız yoxdur”- deyərək Nikol Paşinyan qeyd edib.
“Bu problemin həllində heç bir ziddiyyətimizin olmadığına görə olduqca şadam (erməni əsirlərini geri qaytarmaq zərurəti.red)”- deyərək Paşinyan əlavə edib.