BaşlıcaSiyasət

Paşinyan, Putinlə görüşündən məmnun olduğunu dilə gətirdi və onu effektiv qiymətləndirdi

ER Baş naziri Nikol Paşinyan, Moskva Erməni  “Hüquqşünaslar asosassiyası” nümayəndələri ilə görüşüb. Baş nazir rəsmi Facebook səhifəsində qısa bir video yayımlayıb.

Əvvəlində Paşinyan qeyd edib ki, görüşün ən mühüm mesajı odur ki, erməni icmasının nümayəndələrinin birbaşa gözlərinə baxaraq sual vermək fürsəti olsun.

Bu həmçinin özü üçün  bu suallara eyni formatla cavab vermək üçün bir fürsətdir.

Baş nazir qısa müddətdə Rusiya Prezidenti Vladimir Putinlə görüşü və müzakirə olunan məsələləri təqdim edib.

“Rusiya Prezidenti ilə çox açıq münasibətlər təstiqlənib ki, bunlar da son aylarda birbaşa olub” –deyərək Paşinyan  qeyd edib.

Onun sözlərinə görə, onların görüşləri səmərəli keçib. “Sənəd imzalamamışıq, ancaq bir sıra sənədlərdən danışmışıq”-deyərək  vurğulayıb.

 Onun sözlərinə görə, təhlükəsizlik sahəsində əvvəllər imzalanmış sənədlərin gələcək icrasına, Azərbaycanda  saxlanılan erməni hərbi əsirləri məsələsinə  eləcə də,Rusiyanın dəstəyi ilə həyata keçirilən ER Silahlı qüvvələrinin islahatlarına toxunublar.

Erməni-rusi münasibətlərinin təbiəti strateji xarakter daşıyır, bu əməkdaşlıq mövcud çətinliklər nəzərə alınmaqla daha da dərinləşdirilməlidir”-deyərək ER icraedici rəhbəri qeyd edib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putinlə ER Baş naziri Nikol Paşinyan arasında görüş aprelin 7-də Moskvada keçirilib.

Danışıqlar ərzində tərəflər ticari-iqtisadi əlaqələrinin və nəqliyyat marşrutlarının bərpası, sülhməramlıların dəstəyi ilə Dağlıq Qarabağda olan  vəziyyətin həlli, eləcə də Avrasiya bölgəsindəki inteqrasiya birliklərində qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə etmişlər.

Daha çox göstər
Back to top button