
Rusiya və Ermənistan hərbi-texniki əməkdaşlıq proqramını tam həyata keçirirlər. Bu barədə TASS-a Rusiya Federal Hərbi-texniki əməkdaşlıq xidmətinin mətbuat katibi Valeria Reşetnikova məlumatlandırıb.
“Ermənistan hərbi-texniki əməkdaşlıq sahəsində ənənəvi tərəfdaşlarımızdan biri olaraq qalmağa davam edir. İki tərəf arasında əvvəllər imzalanmış müqavilələrə uyğun olaraq bütün tədarüklər tam şəkildə həyata keçirilir”- deyərək Reşetnikova, əməkdaşlığın davam edəcəyini bildirib.
Yeni müqavilələrin bağlanma ehtimalına toxunaraq,o bildirib ki, bu məsələlərin inkişafının planlı şəkildə həyata keçiriləcəkdir.
Reşetnikova Ermənistana Rusiya pilotsuz təyyarələrinin tədarükünü istisna etməyib.
“Hal –hazırda bir sıra pilotsuz təyyarələri ixrac etməyi, xüsusiylə uzun uçuş imkanı olan “Orion- Э” uzun mənzilli kəşfiyyat sistemlərinin ixracını təklif edirik.
Erməni tərəfinin müvafiq müraciəti olması halında, tərəflər müəyyən edilmiş qaydada müzakirə etməyə hazırdırlar”-deyərək o məlumatlandırıb.