
Ermənistan Respublikasının Müdafiə naziri Vağarşak Harutyunyanla Rusiya Federasiyasının Müdafiə naziri general Sergey Şoyqu arasında Ermənistan-Rusiya hərbi əməkdaşlığı məsələləri ilə bağlı aprelin 7-də telefon danışığı keçirilib.
ER Müdafiə nazirliyinin İctimaiyyətlə əlaqələr idarəsindən verilən məlumata görə, müttəfiq ölkələrin Müdafiə nazirləri Ermənistanda yerləşdirilmiş 102-ci rus hərbi bazasının və erməni-rus müştərək hərbi hissəsinin fəaliyyətini və Ermənistandakı genişmiqyaslı islahatları müzakirə etmişlər.
Syunikdə təhlükəsizlik məsələlərin həllinə dair müxtəlif mövzulara toxunulmuşdur.
Vağarşak Harutyunyan və Sergey Şoyqu Rusiyanın sülhməramlı hərbi bölmələri tərəfindən Dağlıq Qarabağda həyata keçirilən missiyanın gedişatına geri nəzər yetirmişlər.