BaşlıcaSiyasət

Vladimir Putin, RF və ER ticarət dövriyyəsinin tezliklə bərpa edəcəklərinə əmindir

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ER  Baş naziri ilə görüşündə  koronavirus epidemiyası səbəbindən azalmış ticarət dövriyyəsinin bərpa ediləcəyinə əmin olduğunu bildirib.

“Əminəm ki, yaxın gələcəkdə nəinki yalnız həmin miqyası bərpa edə biləyəcəyik, həm də irəliləyəcəyik. Nazirlərarası komissiyanın hər iki tərəfdə də fəal işlədiyini görürəm.

Siz fəal şəkildə həmin komissiyanın fəaliyyətinə dəstək verirsiniz. RF Baş naziri müavini mütəmadi olaraq Yerevana səfər edir”- deyərək Putin  qeyd edib.

RF  Prezidenti, müharibədən sonrakı vəziyyətdə ticarət, iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə əlaqədar məsələlərə də toxundu, nəticədə Putinə görə, Ermənistan ölkənin inkişafı üçün yeni fürsət əldə edəcəkdir.

ER Baş naziri Nikol Paşinyan Moskvaya dəvət üçün Putinə təşəkkür edərək bu cür əlaqələrin gündəlikdəki məsələlərin müzakirəsi üçün çox vacib olduğunu vurğulayıb.

“Biz artıq strateji məsələlərin müzakirəsi də daxil olmaqla tam bir gündəm olacağına dair razılığa gəldik. Əlbətdə, Rusiya sülhməramlılarının Dağlıq Qarabağda olmasının bölgədəki sabitlik və təhlükəsizlik üçün əsas amil halına gəldiyini qeyd etmək istərdim”- deyərək Paşinyan  qeyd edib.

Daha çox göstər
Back to top button