BaşlıcaSiyasətTəhlil

Əliyevin rejimi yalana əsaslandırmağa davam edir

2021-ci ilin martın 16-da İlham Əliyev bəyan etdi ki, “Ermənistanın statistikasına görə, müharibə dövründə təqribən 40-a yaxın mülki şəxs həlak olmuşdur. Onların da böyük əksəriyyəti məhz hərbi əməliyyatlarda iştirak edən mülki şəxslər idi. 44 günlük müharibə zamanı mülki erməni əhali arasında itkilər kifayət qədər az idi”. 

Bu statistikanı haradan aldığı məlum deyil, çünki 2020-ci ilin dekabrın 20-də Artsaxın keçmiş Ombudsmanı Artak Beqlaryan elan etdi ki,  60 mülki şəxs bu müharibənin qurbanı olub. Onlardan 39 nəfər atəş nəticəsində öldü, 21 nəfər əsirlikdə öldü , 40 mülki şəxsin itkin düşmüş hesab olunur, bəzilərinin öldürüldüyü iddia olunur. 

“İnfoteka24” yazır ki, onlardan bəziləri haqqında konkret məlumatlar var, onlar tutulublar və Azərbaycan həbsxanasındadırlar, digərləri üçün məlumatlar dəqiqləşdirilir.

Azərbaycan ordusunun mülki əhaliyə qarşı müharibə aparmadığına dair bəyanatlara gəlincə qeyd  etmək lazımdır ki, müharibə zamanı Artsaxın böyük şəhərləro, kəndləri, yaşayış sahələri və mülki infrastrukturları, o cümlədən Stepanakert doğum evi Azərbaycanın raket zərbələrinə məruz qalıb və bununla bağlı kifayət qədər dəlil var.

“Digital Forensic Research Lab”-ın ekspertlərinin məqaləsində qeyd olunur ki, Azərbaycan Artsaxa qarşı başlatdığı müharibə zamanı qadağan olunmuş ağ fosfor tərkibli döyüş sursatından istifadə olunub. 

“Human Rights Watch” isə 2020-ci ilin noyabrın 26-da bildirdi ki,  Artsaxda qadağan olunmuş kasetli silahlardan istifadə olunub. 

Hərbi cinayətlər törədən İlham Əliyev mülki əhaliyə qarşı müharibə aparmadığını elan edərək alçaqcasına yalan danışmağa davam edir.

Azərbaycan ordusunun törətdiyi müharibə cinayətlərini göstərən videoları təqdim edirik:

Stepanakertin atəşə tutulmasının nəticələri

Partlayışlar və hava həyəcanı siqnalı: Stepanakertin atəşə tutulması.

Stepanakertə raket hücumu.

Stepanakertdəki doğum evinin  bombalanmasının görüntüləri

Şuşi şəhərində Müqəddəs Ğazançetsots kilsəsinin atəşə tutulması.

Daha çox göstər
Back to top button