İspaniyanın MÈS per Mallorca partiyası əsirləri azad etmək naminə Azərbaycana istiqamətlənmiş şikayət- imza toplanışına qoşulub

İspaniyanın MÈS per Mallorca siyasi partiyası Dağlıq Qarabağ müharibəsində hərbi əsirlərin sərbəst buraxılması üçün Azərbaycana istiqamətlənmiş şikayət imza toplanışına qoşulub. Bu haqda “Europa Press” məlumatlandırıb.
MÈS per Mallorca partiyasının üzvləri Mallorkadaki erməni icmasının nümayəndələri ilə görüşərək, erməni əsirlərinin sərbəst buraxılmasını tələb edən Azərbaycana istiqamətlənmiş şikayət imza toplnmasına qoşulmaq qərarını vermişlər.
Görüşdə Palma de Mallorka bələdiyyə başçısı Neus Trujill və Senator Vicenza Vidal iştirak edib. Trujillo atəşkəsdən sonra 200-ə yaxın erməninin Bakı tərəfindən girov götürülməsini insan hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirdi və onları terrorçu kimi qələmə verdi.
Ermənistan, Rusiya və Azərbaycan liderlərinin noyabrın 9-da verdikləri birgə bəyanatın 8-ci maddəsində müharibə əsirləri, girovlar, digər məhbuslar və ölənlərin cəsədlərinin mübadiləsi açıq şəkildə vurğulanmasına baxmayaraq, Azərbaycan bu prosesi süni şəkildə ləngidir.
Bununla da erməni hərbi əsirləri və mülki şəxsləri geri qaytarmır.