Başlıcaİctimaiyyət
Kim Kardaşyan “Skims”-in pop-up storunu açıb

Kim Kardaşyan Los Ancelesdə “Skims” markanın ilk pop-up sahəsi açıb. Bundan əvvəl bu marka “Nordstrom” və “Selfridges” mağazalarda və online şəkildə var idi.
Gələn il “Skims” öz daimi oflayn mağazasına sahib ola bilər. Bu yaxınlarda “Forbes”-in milyarderlər siyahısına daxil olan Kim Kardaşyan mayo, məşq üçün geyim kolleksiyasını hazırlamağa planlaşdırır.
Bu barədə WWD xəbər verir.
Xatırladaq ki, keçən yaz Kim Kardaşyan, “Skims” kolleksiyasından əldə etdiyi gəlirin bir hissəsini koronavirusdan zərər çəkənlərə kömək etmək məqsədilə “Baby2Baby”-yə verib.