
Ermənistan-Rusiya münasibətləri “ikisi üçün missiya” formatı əsasında inkişaf etməlidir. Bunu Ermənistan Prezidenti Armen Sargsyan “Sputnik Armenia” ilə müsahibəsində bildirib.
Onun fikrincə, bölgədə, böyük Avrasiyada və bütün dünyada sülh və sabitlik üçün şəraitlərin yaradılması belə bir missiya ola bilər. O xatırladıb ki, erməni və rus xalqları iki dünya müharibəsi də daxil olmaqla yüzlərlə tarixi sınaqdan keçib və bu səbəbdən qarşıdakı çağırışlara və təhdidlərə adekvat cavab verə biləcək yeni beynəlxalq münasibətlər sisteminin qurulmasında daha çox maraqlanır.
“Rusiya qədim imperiya ənənələrinə sahib olan böyük nüvə dövlətidir, Ermənistan böyük potensiala sahib olan kiçik respublikadır. San Fransiskodan Kanberaya qədər dünyanın bir çox ölkəsində ictimai və siyasi həyata çox yaxşı inteqrasiya edilmiş diasporadan bəhs edirik. Deyəm ki, dünya elə dövrə gedir ki, şəbəkə ölkələr ön plana çıxacaq, Ermənistanın belə olmaq üçün bütün imkanları var. Rusiya da öz növbəsində hansı bir Ermənistanı görmək istədiyinə qərar verməlidir”- deyə ER Prezidenti qeyd edib.
Onun fikrincə, Ermənistanın gələcəyi üçün iki ssenari var. Birincisi, dar təsir qruplarının, liberalların, millətçilərin, radikalların və populistlərin davamlı mübarizə apardığı, “böyük qardaş”ın təsdiqini gözləyən zəifləmiş və çox asılı bir ölkədir. İkincisi, öz ölkəsinin və müttəfiqinin nüfuzunu gücləndirmək, hər iki ölkənin maraqlarını inkişaf etdirmək üçün bütün mənbələrindən və potensialından istifadə edən güclü Ermənistandır.
“Hər iki tərəfdən müttəfiqin mənafelərinin qorunmasını öz mənafelərinin qorunması kimi qəbul edilərsə, lakin o zaman bu ədalətli olar. Bununla yanaşı, bu münasibətlər etibara əsaslanmalıdır”- deyə Sargsyan qeyd edib.