Başlıcaİctimaiyyət

“Sputnik V” peyvəndinin ilk partiyası Ermənistana gətirilib

Rusiyanın “Sputnik V” peyvəndinin ilk partiyası artıq Ermənistana çatdırılıb. Bu barədə Rusiyanın Yerevandakı səfirliyinin müşaviri Pavel Kuroçkin məlumat veirb.

15000 doza peyvəndini daşıyan təyyarə Yerevan hava limanında eniş etdi. Hava limanında peyvəndin ilk partiyasını Pavel Kuroçkin və Səhiyyə Nazirliyinin Milli Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin rəhbərliyi qarşıladılar.

“Vurğulamaq istərdim ki, bu, Rusiyanın koronavirusla mübarizədə genişmiqyaslı dəstəyinin davamıdır. Bu xalqlarımızın dost münasibətləri və müttəfiq əməkdaşlığının bazri nümunəsidir”,- deyə Pavel Kuroçkin qeyd etdi.

Daha çox göstər
Back to top button