BaşlıcaEkonomika

Yeni imkanlarmı, yoxsa yeni risklər?: İqtisadçılar mühasirəni açmaq perspektivi barədə”

Aprelin 7-də Moskvada keçirilən Paşinyan-Putin görüşündə yenidən nəqliyyat yollarının bərpası və ticari-iqtisadi əlaqələr barədə danışdılar.

Digər tərəfdən, Ermənistanın daxili siyasi diskursunda məsələyə dair yanaşmalar birmənalı olmayıb.

Gözlənilən müsbət nəticələrə əlavə, mümkün təhlükələr və risklər də açıq şəkildə vurğulanır.

Bəzi iqtisadçılar inanırlar ki, Ermənistan iqtisadiyyatı blokdan çıxarma senarisinə hazır olmalıdır, əks halda mənzərə bizim üçün xoş olmayacaq.

Digərlərisə risklərin imkanlardan daha çox olduğuna inanırlar.

Rusiya Prezidenti Vladimir Putin Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyanla birlikdə Dağlıq Qarabağ münaqişəsi zonasında ticari-iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin bərpasının Ermənistana yeni inkişaf imkanları verəcəyini qeyd etdi.

Ancaq Ermənistanda bu imkanlara yanaşma birmənalı deyil. İqtisadçı Xaçatryan təbii ehtiyatlardan istifadə prinsipini rəhbər tutmalı olduğumuzu və yolların bağlanmasının qeyri-təbii olduğunu, bunun anormal bir hadisə olduğunu söyləyib.

“Tam iqtisadi baxımdan hər hansı bir alternativ üstünlükdür. Bu fürsətdən istifadə etməyi bacarmaq lazımdır”.

Ancaq iqtisadçılar arasında dərin narahatlıqlar var. Məsələn, iqtisadçı Vardan Bostancyan maneəni aradan qaldırmağı ümumiyyətlə Ermənistan üçün təhlükəli bir razılaşma kimi qəbul edir.

“Və bu razılaşma bu gün iqtidarda olanların verdiyi təlimatlara uyğundur. Bəlkə mənim yanaşma və qiymətləndirməm subyektivdir, amma hər halda mənim  qənaətimcə,niyə ER-nın və niyə yox, elə Azərbaycan da daxil olunmaqlahiss olunmadan  və olduqca incəliklə  Cənubi Qafqaza daxil oldu   hansı ki, onun üçün olduqca böyük çətinlik idi”.

“Əminəm ki, yaxın gələcəkdə nəinki yalnız həmin  əhatəni bərpa edəcəyik, həm də irəliləyəcəyik”- deyərək Putin qeyd edib.

İqtisadçı ekspert Vardan Bostanjyan, Ermənistan və Rusiya arasında Koviddən öncə əvvəlki ticarət həcmini bərpa etmək imkanlarını olduqca real hesab edir, lakin bu imkanların hazırda müzakirə olunan maneələri aradan qaldırmaq üçün tezis olduğunu düşünmür.

“Ümumiyyətlə, bu, bütün Turan probleminə təslim olduğumuz bir yanaşmadır. Çətin ki,Rusiya  buna  tərəfdar olsun. Ancaq müəyyən dərəcədə tərəfdarıdırsa, yalnız mövcud halda olan maraqları ilə şərtləndirilməlidir”.

Qeyd edək ki, Rusiya Prezidenti eyni zamanda Moskva-Yerevan  münasibətlərinin strateji mahiyyətini də vurğuladı və daha sonra Ermənistan iqtisadiyyatına qoyulan bütün kapital qoyuluşlarının 40% -nin “Rusiya mənşəli” olduğunu bildirdi.

Daha çox göstər
Back to top button