Əsirlərin geri qaytarılması məsələsi ilə şəxsən Rüstəm Muradov məşğul olacaq: Kopirkin

Erməni əsirlərin qaytarılması məsələsi Rusiya Federasiyasının rəhbərliyi üçün prioritetdir. Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin jurnalistlərlə söhbətində bildirib.
“Əsirlər məsələsindən həm rəhbərliyimiz, həm sülhmərmlılar danışırlar. İşlər görülür. Müəyyən irəliləyiş var. Əsirlər məsələsi Rusiya üçün prioritet məsələlərindəndir”- deyə o qeyd edib.
Rusiyanın Ermənistandakı səfiri Azərbaycan rəhbərliyinin əsirlər məsələsinin artıq həll olunduğuna dair açıqlamalarına toxunaraq, söyləyib ki, Rusiya tərəfinin əsirlərin geri qaytarılması üzərində işlərini davam edir.
“Azərbaycan tərəfinin açıqlamalarını şərh etməkdə çətinlik çəkirəm. Deyə bilərəm ki, işlər davam edir”- deyə o qeyd edib.
O təsdiqləyib ki, general-leytenant Rüstəm Muradov əsirlərin qaytarılması ilə məşğul olmağa davam edəcək.