Deputat erməni əsirlərin azad etməsi məsələsi ilə bağlı Lüksemburq Parlamentinin sədrinə müraciət edib

Lüksemburq Parlamentinin üzvü Fernan Karteyzer Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin məsələsini qaldırıb və onların azad edilməsi üçün addımlar atmağa çağırıb.
Məlumatı Ermənistanın Lüksemburqdakı fəxri Konsulluğu yayıb.
“Erməni hərbi əsirlərə verilən işgəncəyə dair videolar sosial şəbəkələrdə hələ də 9 noyabr tarixli atəşkəs bəyanatından əvvəl də yayılırdı. Atəşkəsdən sonra hərbi əsrilərin mübadilə zamanı Ermənistan bütün azərbaycanlı əsirləri qaytarıb. Güman edilir ki, Azərbaycan mülki şəxslər də daxil olmaqla, təxminən 200 nəfəri əsirlikdə saxlayır”,- deyə qeyd olunub.
O, Lüksemburq parlamentində Azərbaycanın hərbi əsirlərin tam siyahısını təqdim etməsi, götürdüyü öhdəliklərini yerinə yetirməsi, beynəlxalq humanitar hüquqa hörmət etməsi üçün addımlar atmağa çağırıb.