
Aprelin 12-də Avropa Parlamentində erməni əsirlərin Azərbaycandan dərhal geri qaytarılması ilə bağlı xüsusi müzakirə keçiriləcəkdir. Bu barədə Ermənistan İnsan Hüquqları Müdafiəçisi Arman Tatoyan Facebook səhifəsində məlumat verir.
Müzakirə zamanı Avropa Parlamentində Aİ-Ermənistan Dostluq Qrupunun rəhbəri Lucas Furlas, Avropa Parlamentində Cənubi Qafqazla əlaqələr üzrə nümayəndə heyətinin rəhbəri Marina Kalyurand, Hay Datın Avropa Ofisinin İcraçı direktoru Heğine Evinyan və Arman Tatoyan çıxış edəcək.
Ermənistanın İnsan Hüquqları Müdafiəçisi, müzakirəni təşəbbüs etdiyi üçün Furlasa, Evinyana isə bu istiqamətdə göstərdiyi səylərinə görə təşəkkür etdi.
Xatırladaq ki, qeyri-rəsmi məlumatlara görə, Azərbaycanda 200-ə yaxın hərbi əsir var, lakin Azərbaycan yalnız 72 nəfərdən danışır.