BaşlıcaSiyasət

Minasyan: “RF-ı üçün əsirlərin problemi son olaraq həll olunmayıb, bu mühüm qeydir”

Narek Minasyanın nəzərincə, gün ərzində  əsirlərlə bağlı kifayət qədər ziddiyyətli açıqlamalar və şərhlər səsləndirildi, bu da obyektiv reallığı aydınlaşdırmağı daha da çətinləşdirdi.

Onun sözlərinə görə, doğrudan da, Azərbaycan noyabrın 9-da əsirləri, girovları və digər şəxslərin geri qaytarılması ilə bağlı üçtərəfli bəyanatında götürülmüş öhdəliklərə istinad edərək öhdəliklərinin icrasını çək-çevirə salmağa davam edir.

“Azərbaycan belə bir problemin ümumiyyətlə olmadığını, ərazilərində hərbi əsirlərin olmadığını, onunla birlikdə olanların təxribatçı, terrorçu olduqlarını bəyan edir.

 Yəni Azərbaycan əsirlərlə bağlı məsələnin mahiyyətini  təhrif etməyə cəhd edir.

“Erməni tərəfinin mövqeyi isə  əhəmiyyətli dərəcədə fərqlidir. Erməni tərəfi Azərbaycanın öz öhdəliklərini yerinə yetirməsini və hərbi əsirləri “hamını hamıy qarşı” prinsipi ilə geri qaytarmasını israr edir”- deyərək siyasətçi qeyd edib.

Minasyanın fikrincə, Rusiya tərəfinin bu məsələyə yanaşması erməni tərəfinin münasibətinə çox yaxındır.

Rusiya tərəfi yuxarıda müxtəlif səviyyələrdə müharibə əsirləri probleminin həll edilməli olduğunu dəfələrlə  bəyan edib.

Bir neçə gün əvvəl Rusiya tərəfinin əsir problemin  son olaraq həll olunmamasına yanaşmasını təsdiqləyən bu cür açıqlamalar verildi ki, bu da əslində mühüm səslənmədir.

“Erməni tərəfi rus tərəfdaşları ilə sıx əməkdaşlıq etməlidir ki, Azərbaycan nəhayət öz öhdəliklərini yerinə yetirə bilsin.

 Əlbətdə türk  faktorunun bir neçə regionlarda aparılan  prosesslərdə aktivləşməsini  hesaba almaqla Azərbaycan üzərinə təsirlər o qədər çox deyil və bunda təəssüflər olsun ki, sirlər məsələsi  böyük oyun tərkibinə çevrilib.

Onun sözlərinə görə, əsirlərlə bağlı məsələnin  tamamilə humanitar əsası var və bu səbəbdən tərəflərin öz öhdəliklərinə əməl etməsi lazım olduğu üçün Azərbaycanın  noyabrın 9-da olan bəyanatında qeyd olunanlar xaricində hər hansı bir şərt və ya şərt irəli sürmək hüququ yoxdur.

Minasyana görə, hazırkı vəziyyətdə Rusiyadan gözləntilər olduqca yüksəkdir, çünki sözügedən bəyanatın əsas vasitəçisi Rusiya tərəfinin özü və müəyyən mənada verilən öhdəliklərin yerinə yetirilməsinin qarantıdır.

Prosesi torpedalaşdırmaqla Azərbaycan həm də Rusiya qarşısına əlcək atmış olur.

Politoloqun sözlərinə görə, Azərbaycan əsirlər məsələsini  həm də siyasi amillərlə hallandırmağa cəhd edir Çünki həmin  mö=vzu  erməni  cəmiyyəti arasında kifayət qədər həssas  məsələdir.

Əsirlərin doğmaları yaranmış vəziyyətə qarşı emosionaldırlar,busa  Azərbaycanın  diqqətindən yayınmır.Odur ki,  sonuncu həmin “oyun kartından” Ermənistandakı vəziyyəti pozmaq üçün istifadə etməyə çalışır.

Xatırladaq ki, aprelin 8-də yeni əsirlər  qrupunun Ermənistana qayıdacağı barədə  məlumatlar yayıldı. Məlumatı ER Baş nazirinin müavini Tigran Avinyanın sözçüsü Njdeh Hovsepyan təsdiqləmişdirdi.

Azərbaycanda saxlanılan  əsirlərin valideynləri və  doğamalrı “Erebuni” hava limanına toplaşdılar, lakin daha sonra Avinyanın  idarəsindən  əsirlərin  geri dönməsinin yenidən təxirə salındığını  bəyan  edildi.

Daha çox göstər
Back to top button