ArtsaxBaşlıcaSiyasət

Əliyev bəyan edib ki, müharibədən sonrakı vəziyyət kövrəkdir, Ermənistandan isə ərazi iddiaları yoxdur

Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, müharibədən sonrakı vəziyyət kövrəkdir. Bunu Azərbaycan Respublikasının prezidenti  Əliyev bu gün ADA Universitetində “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışı zamanı bildirib.

“Atəşkəsə riayət olunmasına baxmayaraq, münaqişədən sonrakı inkişafla bağlı hələ çox məsələlər var”- deyə o qeyd edib.

Azərbaycan prezidenti İlham Əliyev həm də Qarabağla bağlı sülh sazişini imzalamağa hazır olduğunu bildirib, lakin buna cavab görmür: “Qarabağın nizamlanması ilə bağlı çox açıq məsələlər var”.

İlham Əliyev həm də deyib ki, Azərbaycanın Ermənistana qarşı ərazi iddiaları yoxdur: “Tariximizi xatırlayacağıq, amma Ermənistan da daxil olmaqla heç bir ölkəyə ərazi iddiamız yoxdur”.

Daha çox göstər
Back to top button