
ER Parlamentinin “Mənim addımım” fraksiyasının üzvü Tatevik Hayrapetyanın fikrincə, erməni əsirlərinin saxlanılması Azərbaycan üçün beynəlxalq baş ağrısına çevrilməlidir.
Bunu Tatevik Hayrapetyan parlamentdə jurnalistlərlə söhbətində söyləyib.
“Erməni əsirlərinin saxlanılması Azərbaycan üçün beynəlxalq baş ağrısına çevrilməlidir. Bu istiqamətdə çalışmalıyıq: parlament diplomatiyası, Xarici işlər nazirliyi. Tərəfdaşlarımızla həqiqətən aktiv şəkildə işləyirik. Azərbaycan bu məsələni siyasiləşdirir, vəzifəmiz bu məsələni siyasətdən çıxarmaqdır. Bu, Azərbaycanın humanitar öhdəliyidir, bunu etməyi öz üzərinə götürüb”- deyə Hayrapetyan qeyd edib.