BaşlıcaTəhlil

Ermənistanda “AstraZeneca” və “Sputnik V” peyvəndləri ilə kim aşılanacaq?

“AstraZeneca” peyvəndinin istifadəsi təlimatında bəzi dəyişikliklər edilmişdir. Mümkün  çətinliklərdən çəkinmək üçün  Ermənistanda da nəzərə alınıb.Bu haqda ER Səhiyyə naziri Anahit Avanesyan jurnalistlərlə görüşündə  bildirib.

“AstraZeneca” peyvəndi relaps riskini azaltmaq üçün aşağıdakı risk qruplarında istifadə olunması daha məqsədyönlüdür.

65 və daha yuxarı şəxslər

Səhiyyə işçiləri: 55 yaş və yuxarı şəxslər

Xroniki xəstələr: 55 yaş və yuxarı şəxslər

Sosial qayğı mərkəzlərinin sakinləri və işçiləri – 55 və yuxarı şəxslər.

“Sputnik V” peyvəndi aşağıdakı risk qruplarında istifadə olunması daha məqsədyönlü hesab olunur:

Səhiyyə işçiləri: 18-54 yaş

Xroniki xəstələr: 18-54 yaş

Sosial qayğı mərkəzlərində sakinlər və işçilər – 18 ilə 54 yaş arası şəxslərdir.

Nazirin sözlərinə görə, yeni “Sputnik V” peyvəndi olduqda, 65-dən yuxarı insanı bu dərmanla peyvənd etmək mümkün olacaq.

“AstraZeneca” ilə peyvəndlərin aprelin 13-də Yerevanda, bölgələrdəsə 14-dən başlanacağı planlaşdırılır.

Bu peyvəndin bütün sənədləri tamamlanmış, artıq tibb müəssisələrinə paylanılmışdır.

“Sputnik V” peyvəndinə gəlincə, sənədləşmə işləri hazırda tamamlanır və həftənin sonuna kimi  sona çatması ehtimal olunur.

Xatırladaq ki, Ermənistan “AstraZeneca” və “Sputnik V” peyvəndlərini sırasıyla 24.000 və 15.000 partiyalarla əldə edib.

Daha çox göstər
Back to top button