Başlıcaİctimaiyyət

Ermənistanda “Sputnik V” peyvəndinin birgə istehsalı üçün danışıqlar aparılır

Ermənistanda Rusiya ilə “Sputnik V” peyvəndi birgə istehsalının təşkili üçün danışıqlar aparılır.

Bunu ER Səhiyyə naziri Anahit Avanesyan mətbuat konfransında Ermənistanın Rusiya ilə birgə peyvənd istehsal etmə təklifindən imtina etməsi xəbərini təkzib edərkən deyib.

“Ermənistan heç bir şeydən imtina etməyib. Tərəfdaşlarımız bu cür istehsalın Ermənistanda təşkili üçün İqtisadiyyat Nazirliyi ilə danışıqlar aparır.

Ümid edirəm ki, əczaçılıq şirkətlərimiz, bu çox vacib peyvəndin istehsalı potensialını qiymətləndirərək, birgə istehsalın açılmasına investisiya qoymaqda maraqlı olacaqlar”,- Avanesyan qeyd edib.

Qeyd edək ki, paytaxt Yerevanda koronavirusa qarşı peyvəndlərin vurulması aprelin 13-dən başlayacaq. Rayonlarda isə bu proses aprelin 14-dən başlayacaq.

Daha çox göstər
Back to top button