ArtsaxBaşlıcaİctimaiyyət

Müharibə nəticəsində zərər çəkmiş şəxslərə yardım proqramı hazırlanır

Artsax Respublikası Prezidenti Arayik Harutyunyan aprelin 12-də müharibə nəticəsində zərər çəkmiş fiziki və hüquqi şəxslərə yardım proqramını müzakirə etmək üçün məsləhətləşmə keçirdi. Proqram ER hökuməti ilə birgə həyata keçiriləcəkdir. Bu barədə Artsax Respublikası Prezidenti Aparatından məlumat verilib.

Dövlət naziri, Maliyyə naziri Qrigori Martirosyan məsləhətləşmə iştirakçılarına yardım etmə prinsipləri layihəsini təqdim etdi. Layihə itirilmiş və ya zədələnmiş daşınmaz əmlak və daşınar əmlak, dövriyyə kapitalı və parklar üçün dövlət dəstəyi barədədir.

Prezident Harutyunyan çıxışında tədbirin sakinlərin maddi problemlərinin həllində və Artsaxın iqtisadiyyatının bərpasında əhəmiyyətini vurğuladı. Dövlət başçısının tapşırığına əsasən, qısa müddət ərzində dövlət komissiyası yaradılacaqdır, hansı ki yardım göstərmə proseduru və mexanizmlərini hazırlayacaqdır.

Daha çox göstər
Back to top button