Başlıcaİctimaiyyət

Yaxın vaxtlarda Çindən Ermənistana “Covid-19” peyvəndləri partiyası idxal olunacaq

Ermənistan Covax platforması vasitəsi ilə koronavirusa qarşı “Novavax” peyvəndi satın almağı planlaşdırır və yaxın vaxtlarda Çindən də peyvənd idxal ediləcək.

Buhaqda ER Səhiyyə naziri Anahit Avanesyan mətbuat konfransındaqeyd edib..

Nazir Covax platforması vasitəsi ilə əldə edilən ilk “AstraZeneca” peyvənd seriyasını xatırladı.

“Hal-hazırda “Novavaks” peyvəndinin satın alınmasını başa çatdırırıq”- deyərək  Avanesyan qeyd edib.

Nazirin sözlərinə görə, nəzərdən keçiriləcək daha çox təklif olacaq, daha çox əldə olunmalar üçün qərar veriləcək.

“Ondan əlavə biz elcə də  çin  hökuməti tərəfindən

Ermənistana donor çərçivəsində  ayrılacaq və yaxın gələcəkdə idxal ediləcək peyvənd üçün də Çin hökuməti ilə ilkin razılığımız var”-deyərək Avanesyan qeyd edib.

Ermənistan Respublikası, COVAX FACILITY təşəbbüsü ilə Koronavirus xəstəliyinə  qarşı (COVID-19) 24.000 doza AstraZeneca peyvəndinin ilk seriyasını satın aldı.

 “AstraZeneca” peyvəndi, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təcili istifadəyə icazə verilmişdir. Aprelin 8-də gecə eləcə də Rusiyaya məxsus “Sputnik V” peyvəndinin ilk partiyası – 15 min dozada Ermənistana gətirilib.

“AstraZeneca”ilə yaş həddi təyin edilib, peyvənd yalnız 55 yaşdan yuxarı vətəndaşlara veriləcək. “AstraZeneca”, risk altındakı insanları peyvənd edəcəkdir. İlk risk qrupu 65 yaşdan yuxarı vətəndaşlar, 55 yaşdan yuxarı səhiyyə işçiləri, 55 yaşdan yuxarı xroniki xəstələr, sosial qayğı mərkəzlərində yaşayanlar, 55 yaşdan yuxarı işçilər hesab olunur.

“Sputnik V” peyvəndi məhdud olduğundan, hazırda istifadə üçün aşağıdakı qaydalar mövcuddur: 18-54 yaşlı səhiyyə işçiləri, 54 yaşınadək xroniki xəstəlikləri olan insanlar, sosial qayğı mərkəzlərinin sakinləri və 54 yaşınadək işçilər hesab olunur.

Daha çox göstər
Back to top button