BaşlıcaSiyasət

Azərbaycan ABŞ-ın yeni rəhbərliyindən inciyib

Azərbaycan hələ ABŞ-ın yeni rəhbərliyindən heç bir mesaj almayıb. Bunu Azərbaycan prezidenti İlham Əliyev ADA Universitetində “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda qeyd edib.

O qeyd edib ki, yanvar ayından bəri heç bir mesaj almayıb.

Əliyev həm də qeyd edib ki, ABŞ Dövlət katibi Entoni Blinken daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb: “Nə barədə danışdıqlarını bilmirəm, amma yenə də tarazlıq pozulub. Onun zəngini gözlədiyimizi demirəm, ancaq o, Minsk qrupunun həmsədr ölkəsini təmsil edir. Ən azından özünün taraz yanaşmasını göstərməlidir”.

Onun sözlərinə görə, bu günə qədər ABŞ administrasiyasından yeganə mesaj ABŞ Prezidenti Cozef Baydenin Novruz bayramı münasibətilə təbriki olub.

Daha çox göstər
Back to top button