ArtsaxBaşlıcaİctimaiyyət

Azərbaycanlılar da qorxurlar, həftədə 3-4 dəfə kəndimizdən keçirlər, Şuşiyə gedirlər: Saruşen kəndinin başçısı

Saruşendə aprelin 7-də olan insidentdən sonra sakitdir, düşmən atəş açmır və kəndlilər də əkinçilik işlərini davam etdirirlər. Artsaxın Saruşen kəndinin baçısı Karen Gasparyan bunu NEWS.am ilə söhbətində bildirib.

“Heç bir qorxu yoxdur, kəndlilər sakitcə işlərinə davam edirlər. Saruşenin bütün sakinləri müharibədən sonra geri qayıtdılar, uşaq bağçası və məktəb dekabr ayından bəri fəaliyyət göstərir,  insanlar normal həyatla yaşayırlar”- deyə o qeyd edib.

Kənd rəhbərinin sözlərinə görə, sərhəddə olmasına baxmayaraq, insanlar kəndi tərk etməyi düşünmürlər.

“Bu atəşlərdən sonra da kəndi tərk etməyi düşünən yoxdur”- deyə o söyləyib.

Kənd başçısının dediyinə görə, müharibədən sonra bir çox atışma olub, ancaq düşmən qorxutmaq üçün havaya atəş açıb, bu dəfə isə kənd təsərrüfatı işləri aparan kəndliləri hədəf alıblar.

Onun dediyinə görə, azərbaycanlılar da qorxurlar, onlar maşınlarla həftədə 3-4 dəfə kənddən keçib Şuşiyə gedirlər: “Bizim tərəfimizdən heç bir təxribat yoxdur, sakitcə gəlirlər, kənddən keçirlər”.

Daha çox göstər
Back to top button