
Ermənistan Respublikası Xarici işlər nazirliyi, Bakıda Artsax müharibəsinə həsr olunmuş “park” ın açılması ilə bağlı bəyanat yayıb.
“Aprelin 12-də Bakıda Azərbaycan Prezidentinin iştirakı ilə Artsax müharibəsinə həsr olunmuş “park” açıldı.
Orada erməni hərbi texnikasıyla birlikdə erməni Silahlı qüvvələri hərbiçilərinin obrazları (manekenlər) nümayiş olunub.
Eyni zamanda Ermənistan və Artsax hərbiçilərinin şəxsi əşyaları , həlak olmuş hərbiçilərin dəbilqələri eksponat kimi təqdim olunmuşdur.
“Park”ın açılış mərasimi və orada Azərbaycan prezidentinin çıxışı onu göstərir ki, xatırlanan prosesslər müharibədə həlak olanları xatirəsini təhqir etmək, naməlum itmişlərin və əsirləri, itkin xatirələrini açıq şəkildə alçaltmaq, ailələrinin hüquqlarını və ləyaqətlərini tapdalamaq məqsədini daşıyır.
Azərbaycanın Artsaxa qarşı başladığı müharibədən sonra tam həll edilə bilməyən bir çox erməni hərbi əsirinin Azərbaycanda girov götürüldüyü bir vaxtda belə bir “nümayiş” təşkil edərək, Azərbaycan nəhayət öz dözümsüzlük və ksenofobiya mərkəzi kimi mövqeyi olduğunu təstiq etmiş oldu.
Azərbaycanın yüksək rəhbərliyinin bu cür insan əleyhinə davranışı sülh, tolerantlıq və multikulturalizmlə bağlı hər hansı bir açıqlama və ya PR fəaliyyətindən daha mənalıdır.
Bir tərəfdən Azərbaycan rəhbərliyi, Ermənistanın mümkün revanşizminə dair tənqidlərlə çıxış edir,digər tərəfdənsə insansevərliyi və xalqlararsı nifrətçiliyi təbliğ edir.
Oxşar addımlar onu göstərir ki, Azərbaycan rəhbərliyinin münaqişədən sonrakı vəziyyət, regional sülh və barışıqla bağlı məhz özünün deklorativ bəyanatlarından nə qədər uzaqda dayanıb”.