Ermənistanda COVID-19-a qarşı peyvəndləmə prosesi başlayıb

Ermənistanda koronavirusa (COVID-19) qarşı genişmiqyaslı peyvəndləmə prosesi 13 aprel tarixindən başlayır. Bu barədə ER Səhiyyə Nazirliyi məlumat yaydı.
Peyvəndləmə üçün risk qrupları müəyyən edilmişdir. Bunlar 65-dən yaşlı insanlar, 18-64 yaşında olan xroniki xəstələr, qocalar evlərinin sakinləri və işçiləri, sosial qayğı mərkəzlərinin işçiləridir.
Qeyd etmək lazımdır ki, 24 000 doza AstraZeneca və 15 000 doza Sputnik-V peyvəndi Ermənistana idxal edilmişdir. Peyvəndləmə risk qrupları arasında könüllü olaraq həyata keçirilir.
Risk qruplarında olan 55 yaşdan kiçik insanlar Sputnik-V peyvəndi ilə, 55 yaşdan yuxarı olanlar isə AstraZeneca peyvəndi ilə aşılanacaqlar.
Əlavə edək ki, tibb mərkəzlərinin işçiləri əvvəllər əldə edilmiş 2000 doz “Sputnik-V” peyvəndi ilə aşılanmışdır.