BaşlıcaSiyasət

Fransanın ER-dəki səfiri Azərbaycan barədə: Müharibə tamaşa mövzusu deyil – VİDEO

Erməni cəmiyyətinin Bakıda qondarma “park”ın açılması ilə əlaqədar hisslərini tamamilə anlayıram və bölüşürəm. Bunu Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Conatan Lakot jurnalistlərə müsahibəsində bildirib.

Fransız diplomat qeyd edib ki, bu yaxınlarda “Yerablur” hərbi panteonunu ziyarət edib. “Görürük nə qədər qurban var, nə qədər itki var. Ailələrin əziyyət çəkdiyini görürük. Ancaq eyni zamanda bu elə bir yerdir ki, ləyaqət təzahür olunur.

Müharibə tamaşa mövzusu deyil. İndi prioritet münaqişəyə həll yolu tapmaqdır. 9 noyabr tarixli bəyanata və beynəlxalq humanitar qanuna uyğun olaraq əsirlərin qaytarılması, köçkünlərin qaytarılması, mədəni və dini irsin qorunması və davamlı sülhün əldə edilməsi üçün konstruktiv dialoqun bərpası prioritetdir”- deyə səfir qeyd edib.

Səfir, Azərbaycan hakimiyyətinin təcavüzkar ritorikasının əlaqələrin qurulmasına töhfə verib-vermədiyi barədə sualı cavablandıraraq qeyd edib: “Ermənistan məğlubiyyətində ləyaqətlidir. Qələbə vəziyyətində də ləyaqətli olmaq lazımdır”.

Daha çox göstər
Back to top button