
Kanada hərbi məhsulunun Türkiyəyə xracına dair icazələri ləğv etdi. Söz Türkiyədə istehsal olunan “Bayraktar TB2” PUA üçün hazırlanan kameraları haqqındadır.
“ Məhsulun istifadəsi Kanadanın xarici siyasətinə və Türkiyənin son istifadə ilə bağlı verdiyi zəmanətlərinə uyğun gəlmir. Kanada Xarici İşlər Nazirliyi Milli Müdafiə Nazirliyi ilə məsləhətləşərək bəri hərbi malların və texnologiyanın Türkiyəyə ixracına dair icazə sənədləri ilə bağlı ətraflı araşdırma aparıb.
Türkiyəyə ixrac edilən Kanada texnologiyalarının Dağlıq Qarabağda istifadə olunduğuna dair inandırıcı dəlillərin əldə edilməsini nəzərə alaraq elan edirəm ki, 2020-ci ilin payızında dayandırılmış icazələrin ləğv olunur”,- deyə Kanandanın XİN başçısı Mark Garno bildirdi.